Rusiyada helikopter qəzası: 19 nəfər ölü

Rusiyada helikopter qəzası: 19 nəfər ölü
08:22 22 Oktyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb, 3 nəfər sağ qalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident Yamal-Nenetsk Muxtar Dairəsinin ərazisində baş verib.
 
Mİ-8 tipli helikopterin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.
 
"Qəzanın baş verdiyi yer aşkarlanıb. İlkin məlumata görə, 19 nəfər ölüb, 3 nəfər sağ qalıb.  Hadisə yerinə xilasedicilər cəlb edilib. Helikopterin "qara qutusu"  axtarılır", Rusiya FHN-dəki mənbə bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR