İlin ən yaxşı məşqçisi mükafatına namizədlərin adları açıqlandı - SİYAHI

İlin ən yaxşı məşqçisi mükafatına namizədlərin adları açıqlandı - SİYAHI
11:09 22 Oktyabr 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin ilkin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, siyahını İtaliyanın "Republika" qəzeti  yayıb.

 

Onlar iddia edir ki, FİFA-nın açıqlayacağı "22-lik"də Fernandu Santuş (Portuqaliya yığması), Didye Deşam (Fransa yığması), Massimiliano  Alleqri (“Yuventus”), Klaudio Ranyeri (“Lester”), Maurisio Sarri (“Napoli”), Yoahim Löv (Almaniya yığması), Kris Koulmen (Uels), Lars Laqerbek (İslandiya), Martin Onil (Şimali İrlandiya), Zinəddin Zidan (“Real” Madrid), Unai Emeri (“Sevilya”/PSJ), Loran Blan (PSJ-nin sabiq məşqçisi), Xosep Qvardiola (“Bavariya”/”Mançester Siti”), Yurgen Klopp (“Liverpul”), Luis Enrike (“Barselona”), Xerardo Martino (Argentina/”Atlanta Yunayted”), Maurisio Poçetino (“Tottenhem”), Dieqo Simeone (“Atletiko” Madrid), İqnasio Ambriz (“Amerika”), Xuan Antonio Pizzi (Çili), Reynaldo Rueda (“Atletiko Nasyonal”) və Ruy Vitoriyanın (“Benfika”) adları olacaq.

 

Lakin bir qədər sonra siyahıdan 12 mütəxəssisin adı çıxarılacaq.

 

Qeyd edək ki, 2015-ci ilin ən məşqçisi mükafatına  “Barselona” klubunun baş məşqçisi Luis Enrike layiq görülmüşdü. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR