“Mosul üçün döyüş Ərdoğanın “neoosmanlı” siyasəti üçün
ilk testdir”.
Publika.az xəbər verir ki, bu barədə Fransanın “Le
Mond” qəzeti yazıb.
Qəzet yazır ki, Türkiyə Osmanlı nüfuzunu qaytarmaq üçün ilk
addımları atmaqdadır.
“Ərdoğan Mosul döyüşündə iştirak etmək üçün israr edir. Həmçinin,
o, 1923-cü il Lozanna anlaşmasını tənqid edir və Türkiyənin hazırki
status-kvoda qala bilməyəcəyini deyir. “Ya biz qalib gələcəyik, ya
da indiki vəziyyətə məhkum olacağıq”, - türk lider bildirir.
Maraqlıdır ki, hökumətə yaxın “Sabah” qəzetinin köşə yazarı İlnur
Çevik “İraqın şimalı və Suriya bizim arxa bağçamızdır” deyir. Bütün
bunlar Osmanlı imperiyasının torpaqları üzərində nəzarət hüququnu
qaytarmaq gedişidir. Hansı ki, buna əvvəlcə keçmiş baş nazir Əhməd
Davudoğlu cəhd edirdi. O, postundan getsə də, ideyaları qalır”, -
deyə “Le Monde” yazır.
Qəzet Türkiyənin Osmanlı torpaqlarına nəzarəti qaytarmaq üçün artıq
hərəkətə keçdiyini qeyd edir.
Asif