Ermənistanda "Gənc jurnalistlər" məktəbinin direktoru QATİL OLDU

Ermənistanda "Gənc jurnalistlər" məktəbinin direktoru QATİL OLDU
14:05 22 Oktyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Oktyabrın 19-da bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilən Sevan sakini, 22 yaşlı Levon Saakyan dünən "Ermənistan" tibb mərkəzində ölüb.

Milli.Az modern.az-a istinadən bildirir ki, həkimlər onun ürəyinin və böyrəyinin zədələndiyini deyiblər.
 
Faktla bağlı cinayət işi qaldırılıb və şübhəli şəxs kimi "Gənc jurnalistlər" məktəbinin 39 yaşlı direktoru Vaan Kazaryan saxlanılıb.
İlkin məlumata görə, məktəbin həyətində və binanın içərisində qan izləri, direktoru kabinetində isə həmin gəncə xəsarət yetirilən bıçaq aşkar olunub.
 
KİV-dəki xəbərlərə görə, Kazaryan oktyabrın 19-da məktəbə gedərək arvadının əmək haqqının gecikdirilməsinin səbəbini öyrənmək istəyib, oradan da xəstəxanaya aparılıb. Saxlanılan direktor artıq etirafedici ifadə verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR