Ceyhun Sultanov: “Futbolumuz “Qarabağ” və “Qəbələ”nin hesabına inkişafdadır”

Ceyhun Sultanov: “Futbolumuz “Qarabağ” və “Qəbələ”nin hesabına inkişafdadır”
16:49 22 Oktyabr 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağ” oyun baxımından qrupda heç bir rəqibindən geri qalmır. Çünki onların öz dəst-xətti var, bunu istənilən komandaya qarşı nümayiş etdirir. “Fiorentina”ya 1:5 hesablı məğlubiyyətdən sonra belə oyuna gəlincə, fikrimcə, italiyanlarla uğursuz matça qırmızı vərəqə səbəb olmuşdu”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Azərbaycanın yığmasının sabiq futbolçusu Ceyhun Sultanov deyib.
 
Avropa Liqasında növbəti oyunlar baş tutub. III tur çərçivəsində keçirilən matçlarda Azərbaycan klublarından “Qarabağ” evdə PAOK-a (Yunanıstan) 2:0 hesabı ilə qalib gəldiyi halda, “Qəbələ” səfərdə “Sent-Etyen”ə (Fransa) 0:1 hesabı ilə uduzub.
 
Avrokubok təmsilçilərimizin qarşılaşmalarını və növbəti mərhələ şanslarını dəyərləndirən C. Sultanov söhbətə “Qarabağ”ın oyunu ilə başlayıb: “Komandamız PAOK-dan üstün futbol oynadı. Mənə elə gəlir ki, bütün klubları çox şişirdirik, amma öz klublarımıza qiymət vermirik. Problemimiz ölkə çempionatıdır. Qrupa düşdükdən sonra “Qarabağ”a öz potensialını göstərməyə imkan yaratmır. Nəticədə oyun praktikasının azlığı və rəqabət olmaması çətinliyə səbəb olur. Açığını deyirəm, mən “Sumqayıt” klubunda işləsəm də, “Qarabağ” gəzə-gəzə bizi 3:0 hesabı ilə məğlub etdi. Bu isə onlara xeyir deyil, ziyandır. Güclərini tam müəyyənləşdirə bilmirlər”.
 
Veteran futbolçunun sözlərinə görə, “Qarabağ” Yunanıstan təmsilçisini qısa ötürmələr, düzgün “açılmalar”, kompakt oyun sayəsində üstələyib: “Qarabağ”da səviyyəsi yüksək olan usta futbolçular da var. Reynaldo və Miçel oynamasa belə komandada meydana çıxan hər bir futbolçu oyun üslubuna uyğundur. Bu gün birini götür, yerinə digərini burax, eyni futbolu oynayırlar. 2:0 hesablı qələbə də göstərdi ki, onların yoxluğu bilinmədi”.
 
C. Sultanov zədəli olduğu üçün iynə ilə meydana çıxan Rəşad Sadıqovun qələbədəki payından da danışıb. O, həmçinin “Qarabağ”ın PAOK-la Yunanıstandakı cavab oyunundan gözlənitlərini də açıqlayıb: “Orda 1:0 hesabı ilə azarkeşlər “öndə” olacaqlar. Çünki fanatları çox çılğındırlar. Amma bütün meydandan kənarda olanlara fikir verməyib, diqqəti oyuna yönəltmək lazımdır. Növbəti mərhələyə çıxmaq şansımıza gəlincə, qrupda hər bir komanda bunu reallaşdıra bilər. Futbol səhvlər oyunudur. Kim bunu çox edəcəksə, o da uduzacaq. Fikrimcə, “Fiorentina”nı çıxmaq şərtilə, digər 3 komandanın hər biri, yəni “Qarabağ”, “Slovan” və ya PAOK ikinci yerə iddia edə bilər. Ağdam klubu futbolumuzda daha bir ilk yaza bilər. Niyə də olmasın? Hər şey meydanda görünəcək. Biz istəyərik, amma çox şey futbolçulardan asılıdır”.
 
“Qarabağ”dan fərqli, “Qəbələ”nin işləri heç də yaxşı getmir. Qrupda “qırmızı-qaralar”ın üçüncü oyununu necə şərh edən C. Sultanov məğlubiyyətin səbəblərindən danışıb: “Onlar Avropaya yaxın atletik futbol oynayırlar. Üslubları fərqlidir. “Sent-Etyen”lə matçı götürsək, Baqali Dabo ön xəttə yox idi. Məğlubiyyətdə bu da rol oynayır. Çünki onlarda əsas “vuran ayaq” Dabodur. Buraxdıqları qol isə standart vəziyyətdən oldu. Onu da Rikardinyo öz qapısına vurdu. Amma mənə elə gəlir ki, bütün çempionatı götürsək, “Qəbələ”yə standart vəziyyətdən qol vurmaq çox çətindir. Çünki hamısı hündürboy futbolçulardır və təkbətək mübarizələrdə güclüdürlər. Qaldı ki, hücum planında, bəli, burda bir az axsayırdı. Çünki hücumu qura bilmirdilər. Meydanda Teo Uiks mübarizə aparırdı ki, onun da təkbaşına mübarizəsi kifayət etmir”.
 
Sabiq futbolçunun sözlərinə görə, “Qəbələ”nin qrupdan çıxmaq şansı yoxdur: “Onların işləri çox da yüngül deyil, ağırdır. Mənə elə gəlir ki, mərhələ adlamaq şansları çox azdır, “sıfır”a bərabərdir. Çünki digər 3 rəqibin 5 xalı var və “ağır komandalar”dır. Amma “Qəbələ” məğlub olduğu 3 görüşün heç birində asanlıqla məğlub olmayıb. Sadəcə hansısa nüanslarda səhv buraxıb və qapıda qol görüb. Deyərdim ki, “Qəbələ” yaxşı iştirak edir. Amma qrupunda həm güclü, həm də köklü rəqiblər yer alıb”. 
 
C. Sultanov vurğulayıb ki, bu gün Azərbaycan futbolu “Qarabağ” və “Qəbələ”nin hesabına inkişafdadır. Onun sözlərinə görə, yığmamızın irəli getməsində və Topaz Premyer Liqasında maraqlı oyunların olmasında bu klubların xüsusi rolu var.
 
O, klublarımızın turnir cədvəlində lider ola bilməməsindən də danışıb: “Məsələn, “Fiorentina” ölkə çempionatında “Yuventus”a qarşı oynayır, “Qarabağ” isə “Sumqayıt”a, AZAL-a. Rəqabət yoxdur. Bu məsələdə yalnız “Qəbələ” istisnadı. 2 komanda bir-biri ilə 2 dəfə oynasın, sonra tempi saxlaya bilmirlər. Çempionatda da çempionluq “Qarabağ” və “Qəbələ” arasında gedəcək. “İnter”ə tempi saxlaması çox çətin olacaq. Yaxud, “Qarabağ”la “Fiorentina”ya başqa prizmadan baxaq. Tam fərqli bir büdcə ilə futbol oynayırlar. Amma biz “Qarabağ”dan çox şey – qrupdan çıxmağını tələb edirik. Fikirləşmirik ki, bu komandanın büdcəsi bu gün, məsələn, 10 və ya 20 milyon olsun. Amma “Fiorentina”nın büdcəsinə baxın. Onlar İtaliya ortabab bir komandadır. Bu gün maliyyə olmalıdır, komandalar çoxalmalıdır və rəqabət yaranmalıdır”.
 
“Qarabağ”ın son qələbəsindən sonra Azərbaycan UEFA reytinqində bir pillə yüksələrək, 25-ci pilləyə qalxıb. C. Sultanov bildirib ki, ölkəmiz bir qədər də irəli gedə biləcək.
 
Topaz Premyer Liqasından da danışan qonağımız baş meneceri olduğu “Sumqayıt” klubunun da arxada qalan oyunlarından söz açıb. O deyib ki, komandada eniş var, ancaq istənilən vaxt sürpriz etmək gücündədirlər.
 
C. Sultanov sonda bir vaxtlar şərəfini qoruduğu Azərbaycan millisinin uğuruna da toxunub. O bildirib ki, noyabrın 11-də Şimali İrlandiya ilə qarşılaşacaq komandamız Çexiyaya ilə matçdakı kimi mübarizə apararsa, vətənə xalla dönəcək: “Amma bir şərtim var. Orada “standart”lara imkan verməsinlər. Rəqib cərimə zərbələrində çox güclüdür. Qrup ikincisi olmaq istəyirik. Amma rəqiblərimizdən Çexiyanı, Norveçi də unutmayaq. Biz bu gün 3 oyundan 7 xal toplamışıq. Düzdür, bütün Avropa ölkələri bizdən danışır. Hamı bunu istəyir. O biriləri yaddan çıxarmamalıyıq. Necə oynayırdıqsa, elə də davam etməliyik. Açıq futbol oynasaq, çox çətin olar. Çünki biz bunu oynaya bilmərik. Bunun üçün sürət, keyfiyyət vacibdir. Qapanıb, əks-hücumda, necə ki, 7 xalı qazanmışıq, elə də mübarizə aparmaq lazımdır”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Mətanətin sinəsi çöldə qaldı, müzakirə olundu - FOTOLENT

21 Sentyabr 2017 12:24

Dəlixanaya yatırlıdı, kimliyi bilinəndə hamı ŞOKA DÜŞDÜ - BU QADININ ETDİYİNƏ İNANMAQ OLMUR

21 Sentyabr 2017 12:23

Damlanı niyə Mərdəkana aparmaq istədi?

21 Sentyabr 2017 12:23

Xəyalə ilə xəbər saatı

21 Sentyabr 2017 12:21

Bakının mərkəzində qadına zor tətbiq edən şəxs tutuldu

21 Sentyabr 2017 12:19

Azərbaycanlı müğənni açıq-saçıq səhnələrdən DANIŞDI: “Kişi qadınla cütləşməlidir” - MÜSAHİBƏ

21 Sentyabr 2017 12:18

Türkiyədə yol qəzası baş verib, 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb

21 Sentyabr 2017 12:17

Arvadını və qızını döydü, qumbara ilə hədələdi – AZƏRBAYCANDA

21 Sentyabr 2017 12:14

Dağlıq Qarabağ münaqişəsi sona çata bilər

21 Sentyabr 2017 12:14

35 dərəcə isti olacaq

21 Sentyabr 2017 12:13

Sabaha olan hava proqnozu açıqlanıb

21 Sentyabr 2017 12:12

Azərbaycan gömrükçüləri avtomobilin torpedasında 6 ədəd mobil telefon aşkar edib

21 Sentyabr 2017 12:12

Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

21 Sentyabr 2017 12:12

Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək

21 Sentyabr 2017 12:12

"Kimsə burada ürək tutmasından öləcək"

21 Sentyabr 2017 12:11

MTN generalının məhkəməsi: "Ən sevdiyi yerdən xəyanət etdilər"

21 Sentyabr 2017 12:09

Generalın məhkəməsində daha bir FAKT ÜZƏ ÇIXDI

21 Sentyabr 2017 12:08

"Fəlakət" nişanlandığı deyilir

21 Sentyabr 2017 12:08

“Şahdəniz 2” platformalarının ikinci üst tikililəri dənizdə quraşdırılıb

21 Sentyabr 2017 12:07

Departament rəhbəri və müavini işdən çıxarıldı

21 Sentyabr 2017 12:03

Arvadını döyən Cəlilabad sakininin evindən qumbara tapılıb

21 Sentyabr 2017 12:02

Azərbaycan vətəndaşının daxili orqanında heroin aşkar edilib

21 Sentyabr 2017 12:02

Rusiyada neft gəlirləri əhaliyə paylanacaq

21 Sentyabr 2017 12:02

Keçmiş MTN generalının məhkəməsi davam etdirilir

21 Sentyabr 2017 12:02

Baş nazirin müavinindən islam ölkələrinə Ermənistanla bağlı ÇAĞIRIŞ

21 Sentyabr 2017 11:59

Turan İbrahimov "səhər"i Şeyxdən başladı:

21 Sentyabr 2017 11:59

Bakıdakı məktəblərdən birinin direktoru vəzifəsindən azad olunub

21 Sentyabr 2017 11:57

Ronaldo bu futbolçunu "Real"a gətirmək istəyir

21 Sentyabr 2017 11:57

SORĞU: Cavan qızlara sataşan yaşlı kişilərə hansı cəza verilməlidir?

21 Sentyabr 2017 11:56

SOCAR və tərəfdaşları neft-qaz sənayesinə neçə milyard dollar yatırıb?

21 Sentyabr 2017 11:54

“Regionda yeni münaqişələr başlana bilər” - Üç nazirdən XƏBƏRDARLIQ

21 Sentyabr 2017 11:53

Əli Həsənov: “Serj Sarqsyanın BMT-dəki çıxışı həyasızlıq, tərbiyəsizlikdir”

21 Sentyabr 2017 11:52

“Accessbank”ın müştəriləri “Lounge Key” xidmətindən istifadə edə biləcək

21 Sentyabr 2017 11:52

Masallıda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib

21 Sentyabr 2017 11:52

Tanınmış jurnalist infarkt keçirdi

21 Sentyabr 2017 11:48

“Gözəllik kraliçası” ilə onun bacısını öldürən qatil həbs olundu - FOTO

21 Sentyabr 2017 11:48

"Google" daha bir məşhur smartfon brendini alıb

21 Sentyabr 2017 11:47

"Qaşına-qaşına dedilər ki, otura bilmirik, bit yeyir" - Bakıda yeni TƏHLÜKƏ

21 Sentyabr 2017 11:44

Yaponiya BMT kürsüsündən Şimali Koreya ilə bağlı çağırış etdi

21 Sentyabr 2017 11:44

Azərbaycan millisinin sabiq baş məşqçisi Avropa Liqasına görə Almaniya klublarını tənqid edib

21 Sentyabr 2017 11:42

“Sumqayıt” “Qarabağ” oyununun yeri dəyişdirilib

21 Sentyabr 2017 11:42

İşdən çıxarılan vəzifəli şəxs axtarışa verildi - DƏLƏDUZLUQ

21 Sentyabr 2017 11:39

PSA podratçıları Azərbaycanın neft-qaz sektoruna 76 mlrd. dollar sərmayə yatırıb

21 Sentyabr 2017 11:37

"Real Madrid"-dən gözlənilməz məğlubiyyət

21 Sentyabr 2017 11:36

“HTC” şirkətinin mobil biznesi satılacaq

21 Sentyabr 2017 11:35

Məktəb direktoru məhkəmə zalında həbs olundu

21 Sentyabr 2017 11:34

Şimali Koreya barədə DƏHŞƏTLİ FAKTLAR: prezidentin seks kölələri və raketlə PARÇALANAN QIZLAR - FOTO

21 Sentyabr 2017 11:33

Azərbaycan İpoteka Fondu bu ilin I yarısını 8 mln. manatdan artıq mənfəətlə başa vurub

21 Sentyabr 2017 11:32

“İranla bağlı qərarımı vermişəm”

21 Sentyabr 2017 11:30

Tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

21 Sentyabr 2017 11:29