Şah İsmayıl Xətainin ulu babasının dəfn edildiyi məzarlıq - FOTO

Şah İsmayıl Xətainin ulu babasının dəfn edildiyi məzarlıq - FOTO
18:12 22 Oktyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran özünün tarixi abidələri ilə zəngindir. Şəhər Mədəniyyət və Turizm Şöbəsindən APA-ya verilən məlumata görə, Respublika Nazirlər Kabinetinin müvafiq qərarı ilə rayonda 87 tarix və mədəniyyət abidəsi qeydə alınaraq dövlət mühafizəsinə götürülüb. Həmin abidələrin turizm üçün istifadəsi məqsədilə marşrut xəritəsi, eləcə də ingilis, rus və Azərbaycan dillərində məlumatlar hazırlanıb.

Bunlardan əlavə, tarix və mədəniyyət abidələrinin yenidən siyahıya alınması ilə bağlı Lənkəran rayonu ərazisindəki abidələrin adları, tarixləri, ünvanları və koordinatları dəqiqləşdirilib, onlar haqqında məlumatlar toplanılaraq respublika Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Lənkərandakı tarixi abidələrdən biri də müqəddəs ziyarətgah sayılan, rayonun Şıxəkəran kənd qəbiristanlığında yerləşən Şeyx Zahid türbəsidir. Tədqiqatçı-tarixçi İldırım Şükürzadənin sözlərinə görə, Şeyx Zahid öz dövrünün tanınmış ziyalısı, alim, müəllim, şair və mömini olub.
 
Şeyx Zahid 1215-ci il martın 22-də Lənkəran rayonunun Siyavar kəndində Şeyx Rövşən Əmirin ailəsində andan olub. Şeyx Rövşən Əmir İranın Gilan vilayəti kəndlərinin birində evləndikdən sonra Lənkəranın Siyavar kəndinə köçüb. Şeyx Zahidin əsl adı Tacəddin İbrahimdir. O, dövrünün böyük alimi Eyn əz-Zaman Seyid Cəmaləddinin müridi olub. Gilan mahalının Malvan kəndində doğulan Şeyx Cəmaləddin sonralar Astaraya köçərək ömrünün sonunadək burada yaşayıb. O, 1253-cü ilin noyabrında vəfat edib və Butəsər (indiki Pensər) kəndində dəfn olunub. Hazırda Şeyx Cəmaləddinin dəfn olunduğu yer pir kimi məşhurdur. Şeyx Cəmaləddin şagirdi Tacəddin İbrahimə böyük ümidlər bəsləyib. Vəfat edərkən ona başladığı işi davam etdirməyi, sufi təriqətinə başçılıq etməyi vəsiyyət etməklə Tacəddin İbrahimə "Zahid"lik dini rütbəsini verib. "Zahid" ərəb dilində ibadətlə məşğul olan mənasını ifadə edir. Şeyx Zahid Gilani də məhz hörmət və ehtiram əlaməti olaraq sonradan oğluna müəllimi Cəmaləddinin adını qoyub.
 
Şeyx Zahid ömrünün çoxunu Hiləkəranda (Lənkəranın Şıxəkəran kəndi) keçirib. Zəmanəsinin tanınmış mürşidi sayılmaqla yanaşı, əkinçiliklə məşğul olan Şeyx Zahidin xeyriyyəçiliyi, şairliyi haqqında müxtəlif mənbələr xəbər verir. Müridləri Gilan, Muğan və Şirvanda dini təbliğ edən görkəmli şəxsiyyətlər olublar.  Onlardan biri də varisi, müridi, təriqət davamçısı Şeyx Səfiəddin idi. İyirmi dörd yaşında Lənkərana gələrək Şeyx Zahiddən dərs alan Şeyx Səfiəddin onun qızı Bibifatimə ilə evlənib. Bu nikahdan onların Məhiyyəddin, Sədrəddin və Əbu Səid adlı oğulları dünyaya gəlib. İctimai-siyasi xadim, sərkərdə Şah İsmayıl Xətainin dördüncü babası Şeyx Sədrəddin Musanın (1305-1392) anası Lənkərandan, atası isə Ərdəbilin Kelxoran kəndindəndir.
 
Şeyx Zahid Azərbaycan, ərəb, fars, kürd, talış və gilək dillərini bilməklə yanaşı, eyni zamanda poeziyaya da böyük maraq göstərib. Müridləri də onun yolunu davam etdiriblər.
 
O, Azərbaycanın bir çox yerlərinə, xüsusən müridləri yaşayan Güştas (Salyan), Mahmudabad, Sərab, Ərdəbil, Meşkin, Xalxal, Xoy və digər şəhərlərə səyahət edib. Ehtiyacı olanlara yardım əli uzatmaq üçün dövrünün hökmdarları və vəzifə sahibləri ilə görüşüb. Onun Muğanda Qazan xanla üç dəfə görüşdüyü (1290/95-ci illər) bildirilir və bu, onun böyük hörmət sahibi olduğunu təsdiq edən bir hal kimi qiymətləndirilir. Şeyx Zahidin xahişilə Astara hakimi Məlik Əhmədin həbsdən azad etdirilməsi də məxəzlərdə xüsusi qeyd olunub.
 
A.A.Bakıxanovun "Gülüstani-İrəm" adlı məşhur əsərində, yazıçı Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanında Şah İsmayılın 1501-ci ildə ulu babası Şeyx Zahidin məqbərəsini ziyarət etməsi özünün təsvirini tapıb.
 
İsgəndər bəy Münşi "Tarixi-alamarayi Abbasi" adlı əsərində yazır ki, I Şah Abbas (1587-1629) Şeyx Səfiəddinin məzarını ziyarət etmək üçün Ərdəbilə, Şeyx Zahidin məzarını görmək məqsədilə 1609-cu ildə Şıxəkərana gedib. O, hər iki məzarı təmir etdirib.
 
Türbənin tədqiqatçıları qeyd edirlər ki, Şeyx Zahid məqbərəsinin ərazisi fəxri dəfnlər yeri olub. Məqbərə Təbriz və Şirvan-Abşeron memarlıq üslubunda tikilmiş möhtəşəm minarəsi, kaşı bəzəkləri ilə diqqəti cəlb edib.
 
Şeyx Zahid 1300-cü ilin mart ayında vəfat etdikdən sonra onun məzarı ziyarətgaha çevrilib. Ona görə müridi və kürəkəni Şeyx Səfiəddin məzarın üstündə məqbərə tikdirib. İslam dininin təbliğatçısı kimi Şərqdə böyük nüfuza malik olan Şeyx Zahidin məqbərəsini tez-tez ziyarət olunub.
 
Tarixdən bəllidir ki, Şeyx Zahidin məqbərəsini bir neçə dəfə sel suları basıb. 1478-ci ildə məzarı yenidən su basdıqda Şah İsmayıl Xətainin atası Şeyx Heydər bir neçə nəfər mahir bənna və nəccarla gələrək, məqbərə ilə günbəzi yenidən təmir etdirib. Şah İsmayıl Xətainin ulu babası Şeyx Zahidin məqbərəsi ötən əsrin 30-cu illərində digər türbə, məqbərə, pirlər kimi dağıdılıb. 1950-ci illərin əvvəllərində o, şıxəkəranlı usta Dadaş Nəzər oğlu (1896-1969) tərəfindən türbə kimi yenidən təmir olunub.
 
Məlumata görə, Şeyx Zahidin qırxdan çox törəməsi hazırda Türkiyədə yaşayır.

Milli.Az









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57

ABŞ-da kilsədə atışma: 6 yaralı

24 Sentyabr 2017 21:53

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 21:52

Bu andan bir saniyə sonra elə hadisə baş verdi ki...

24 Sentyabr 2017 21:49

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

24 Sentyabr 2017 21:47

"Qəbələ" "Neftçi"ni belə uddu - VİDEO

24 Sentyabr 2017 21:47

Hacıqabulda yol qəzası

24 Sentyabr 2017 21:40

FHN Zaqatalada yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

24 Sentyabr 2017 21:34

Türkiyədə güclü zəlzələ baş verdi

24 Sentyabr 2017 21:28

Prezident İlham Əliyev milli komandamızın oyununda - FOTOLAR

24 Sentyabr 2017 21:24

Bədəninizdəki ehtiras nöqtələri

24 Sentyabr 2017 21:20

Almaniyada parlament seçkilərinin ilkin nəticələri açıqlandı

24 Sentyabr 2017 21:18

Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb

24 Sentyabr 2017 21:17

Aviaşouda təyyarə qəzaya uğradı, pilot öldü

24 Sentyabr 2017 21:14