Xaric dərs nə deməkdir?

Xaric dərs nə deməkdir?
19:47 22 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaric dərs cəfəri məzhəbində ilahiyyat dərslərinin ən yüksək və son mərhələsi sayılır. Ümumiyyətlə, ali dini təhsil verən mədrəsələrdə təhsil proqramı üç hissəyə bölünür. Birinci və ən aşağı mərhələ ibtidai dərslərdir. Bu mərhələdə tələbələr ərəb dili, sərf-nəhv, əqaid, məntiq, ibtidai səviyyədə fiqh fənləri ilə tanış olurlar. İkinci və orta səviyyə sütuh (və ya səth) dərsləridir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, tələbələr bu dərslərdə ilahiyyat elmlərinin incəliklərinə bələd olur, özlərinə əsas elmi baza yaradırlar. Nəhayət, son mərhələ xaric dərslərdir. Bu dərslərdə tələbələr ictihad qaydaları ilə tanış olur və müəllimin rəhbərliyi altında öz ictihadları ilə nəticələr əldə etməyi öyrənirlər. Tədrisin bu mərhələsinə ona görə "xaric dərs" deyirlər ki, burada konkret proqram və qəbul edilmiş dərslik yoxdur. Yəni bir növ bu dərslər proqram xaricindədir. Hər bir müəllim öz metodu ilə və özünün məsləhət bildiyi proqram üzrə klassik fiqh kitablarından birinin üzündən dərs keçir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR