Xorvatiya prezidenti Bakıda Robert Prosineçki ilə görüşəcək

Xorvatiya prezidenti Bakıda Robert Prosineçki ilə görüşəcək
20:37 22 Oktyabr 2016
82 İdman
Ölkə mətbuatı
A- A+

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə görüşəcək.

Milli.Az "Report"a istinadən bildirir ki,görüş xanım dövlət başçısının oktyabrın 23-dən ölkəmizə başlanacaq üç günlük səfəri çərçivəsində baş tutacaq. 48 yaşlı prezidentin səfər proqramına Bakıda fəaliyyət göstərən Xorvatiya ictimaiyyətinin nümayəndələri ilə görüş də daxil edilib. Onların arasında ən məşhur sima məhz Prosineçkidir. Dəqiq tarix açıqlanmasa da, onların səfərin sonuncu günündə bir araya gələcəkləri gözlənilir.
Qeyd edək ki, Robert Prosineçki hazırda vətəni Xorvatiyadadır. O da elə sabah Bakıda olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR