Zərdabda TÜKÜRPƏDİCİ QƏTL: Ər arvadın başını kəsdi

Zərdabda TÜKÜRPƏDİCİ QƏTL: Ər arvadın başını kəsdi
10:53 23 Oktyabr 2016
532 Ölkə
Ölkə mətbuatı
A- A+

Zərdab rayonunda ər arvadını qətlə yetirib.

Publika.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Yarməmmədbağı kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Astanovanın başını kəsərək qətlə yetirib.

Məlumata görə, şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. A. Astanov R. Astanovadan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR