Türkiyə hərbçiləri azərbaycanlı dənizçini xilas etdi

Türkiyə hərbçiləri azərbaycanlı dənizçini xilas etdi
20:22 23 Oktyabr 2016
84 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Hərbi Dəniz Qüvvələri mühərrikinin sıradan çıxması səbəbindən Qara dənizdə sürüklənən yük gəmisinin heyət üzvü olan azərbaycanlı dənizçini xilas edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Tuzla limanından Ukraynanın Sevastopol limanına yollanan Panama bayraqlı "M/V FOM" yük gəmisinin heyəti oktyabrın 21-də həyəcan siqnalı verərək yardım istəyib.
 
Qara dənizdəki Ereğli limanından 70 mil şimalda olan gəminin heyətinin xilas edilməsi üçün Türkiyə Hərbi Dəniz Qüvvələri bölgəyə "Yıldırım" gəmisini göndərib. Gəmidəki "AB-212" Xilasetmə əməliyyatı üçün hava qaldırılıb. Vertolyotdan endirilən nərdivan vasitəsi ilə bir azərbaycanlı, dörd gürcü və 3 Türkiyə vətəndaşı olmaqla, 8 gəmi heyəti xilas edilib. Gəmi heyəti Ereğli  limanına gətirilib. Gəmi heyəti xilasetmə əməliyyatı ilə əlaqədar hərbçilərə təşəkkür edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR