"Matçın sonlarına doğru güc tükəndi" - Şahin Diniyev

"Matçın sonlarına doğru güc tükəndi" -   Şahin Diniyev
21:37 23 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

“Kəpəz” – “İnter” (0:0) oyunundan sonra baş məşqçilərin ənənəvi mətbuat konfransı keçirilib. Fanat.Az xəbər verir ki,  Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev qarşılaşma ilə bağlı bunları deyib: 


“Öz gücümüzə bələd olduğumuzdan rəqibə ilk hissədən təzyiq etməyə başladıq. “İnter” müdafiədə ən etibarlı oynayan komandadır, çempionatda heç uduzmayıblar. Mənə elə gəlir ki, görüş çox yaxşı alındı. Futbolçularımdan razıyam, bəzilərinin yoxluğu oyunumuza mane olmadı. Onların əvəzinə meydana çıxanlar verilən taktiki tapşırıqları yerinə yetirdilər. Matçın sonlarına doğru güc tükəndi. Oyun yolunda gedirdi deyə, əvəzetmələri gec etdik. İlk yarıda üstünlük bizdə idi, fasilədən sonra oyun bərabər səviyyəli keçdi”.   


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmatcn-sonlarna-doru-guc-tukndiquot-t53565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR