Bakıda evə daxil ola bilməyən naməlum şəxslər qapıdakı 1500 manatlıq iti oğurlayıb

Bakıda evə daxil ola bilməyən naməlum şəxslər qapıdakı 1500 manatlıq iti oğurlayıb
10:37 24 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda fərdi yaşayış evindən çoban iti oğurlanıb.
"Report"un xəbərinə görə, hadisə Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Burada Telman Məhərrəmova məxsus fərdi yaşayış evinə oğurluq məqsədi ilə daxil olmaq istəyən şəxslərə həyətyanı sahədə olan it mane olub. Nəticədə naməlum şəxslər dəyəri 1500 manat olan çoban itini oğurlayıb. Ev sahibi T.Məhərrəmov Binəqədi Rayon Polis İdarəsinə (RPİ) müraciət edib.
Qeyd edək ki, sözügedən küçədə 3 ay öncə başqa bir ünvanda alabay növünə məxsus it oğurlanıb.
Hər iki faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları araşdırma aparır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR