İŞİD liderinin "sağ əli" Mosulda vuruldu

İŞİD liderinin "sağ əli" Mosulda vuruldu
10:47 24 Oktyabr 2016
65 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın diqqətinin Mosul əməliyyatında olduğu bir vaxtda İŞİD terror təşkilatı İraqın Ambar vilayətinə hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bundan əvvəl Kərkükə hücum edən silahlılar Ambarın Rutbah şəhərini 6 saat ərzində nəzarətə götürüblər.

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatının 7-ci günündə strateji əhəmiyyətə malik Başikada nəzarət "Peşmərgə" qüvvələrinə keçib. "Peşmərgə"nin istəyi ilə Türkiyə Silahlı Qüvvələri Başikada İŞİD mövqelərinə zərbə vurub.

Mosula hava hücumları zamanı isə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin köməkçisinin öldürüldüyü bildirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR