Beynəlxalq Valyuta Fondu Azərbaycan üzrə proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu Azərbaycan üzrə proqnozunu yaxşılaşdırıb
10:57 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ümumdaxili məhsul istehsalı (ÜDM) bu il 1% artacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund, IMF) "Qafqaz və Mərkəzi Asiya" ilə bağlı açıqladığı növbəti proqnozda deyilir.

Proqnoza əsasən, 2017-ci ildə Azərbaycanda 2,4%-lik iqtisadi artım olacaq.
 
Maraqlıdır ki, bundan öncə IMF bu il üzrə Azərbaycanda 2,4%-lik iqtisadi azalma, gələn il üzrə isə 1,4%-lik artım proqnozlaşdırıb.

Hesabatda həmçinin deyilir ki, bu il Azərbaycanda orta illik inflyasiya 10,8%, gələn il isə 8,7% səviyyəsində olacaq. Halbuki, bundan öncə bu göstəricilər müvafiq olaraq 10,2% və 8,5% olub.

Tədiyyə balansının isə bu il 3,5% azalacağı, 2017-ci ildə isə 2% azalacağı proqnozlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/482436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR