Nazir: "Türkiyədə 28 163 təhsil işçisi vəzifədən kənarlaşdırılıb"

Nazir: "Türkiyədə 28 163 təhsil işçisi vəzifədən kənarlaşdırılıb"
17:42 24 Oktyabr 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra 28 163 nəfər vəzifədən kənarlaşdırılıb".
"Report" "TRTHaber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin təhsil naziri İsmet Yılmaz II Təhsil Konqresinin açılışındakı çıxışında bildirib.
"Hazırda 20 088 nəfərin tutduğu vəzifədən uzaqlaşdırılması ilə bağlı tədbirlər davam edir. FETÖ ilə heç bir əlaqəsi olmayan 5 078 nəfər vəzifəsinə geri qaytarılıb. 10 877 təhsil işçisinin isə terrorçu PKK qruplaşması ilə əlaqədə olub-olmaması araşdırılır. Onlardan 424-ü terrorçu qruplaşma ilə əlaqəsi olmadığına görə işinə qayıdıb".

Xəbərin orijinal ünvanı: http://report.az/region/nazir-turkiyede-28-163-tehsil-iscisi-vezifeden-kenarlasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR