“Əli və Nino” ekran əsəri Los-Ancelesdə kinofestivalı açıb

“Əli və Nino” ekran əsəri Los-Ancelesdə kinofestivalı açıb
07:17 25 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Yazıçı Qurban Səidin dünya bestselleri, eyniadlı romanı əsasında çəkilmiş "Əli və Nino" filmi Los-Ancelesde Asiya ölkələrin ikinci kinofestivalı (Asian World Film Festival) açıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, kinofestivalda 51 ölkədən filmlər təqdim olunacaq.

"Biz kinofestivalı məhz "Əli və Nino" filmin nümayişi ilə açmaq qərarına gəldik, çünki bu film festivalın məqsədini və ruhunu ən yaxşı şəkildə əks etdirir", - deyə Festivalın direktoru Corces Cəmcoum bildirib.

Festivalın münsiflər heyəti noyabrın 1-də qaliblərin adlarını açıqlayacaq.

"Əli və Nino" filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

Qeyd edək ki, rejissor Asif Kapadianın 2015-ci ildə çəkdiyi digər bir ekran əsəri - "Emi" ("Amy") "Ən yaxşı tammetrajlı sənədli film" nominasiyasında "Oskar"a namizəddir.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan "Əli və Nino" Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Rusiyanın Azərbaycanı işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR