Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
09:05 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi faktiki qiymətlərdə 4,61 milyard manat təşkil etməklə, 2015-ci ilin analoji dövrü ilə müqayisədə 2,4 faiz artıb.

Trend Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir ki, həmin dövr ərzində heyvandarlıq sahəsində məhsul istehsalı 3,1 faiz, bitkiçilik sahəsində isə 1,8 faiz artıb.

Hesabata görə, oktyabrın 1-nə 959,6 min hektar ərazidən 2,84 milyon ton taxıl yığılıb ki, bu da ötən ilin yanvar-sentyabr ayları üzrə göstəricidən 2,2 faz çoxdur.

Eləcə də göstərilən dövr ərzidə 870,9 ton kartof yığılıb ki, burda artım 5,9 faiz təşkil edib. Lakin 1,15 milyon ton tərəvəz yığılıb ki, burada azalma müşahidə olunub - 1,7 faiz.

Tütün yığımı da 9,8 fazi artaraq 3,1 min ton təşkil edib.

Bundan başqa, 538,8 min ton meyvə, 98,7 min ton üzüm, 891,9 ton çay yığılıb ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu müvafiq olaraq meyvədə - 1 faiz, üzümdə - 11, 6 faiz, çayda 60,3 faiz artım deməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/482814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR