"Fənərbağça" səfərdən 3 xalla dönür

"Fənərbağça" səfərdən 3 xalla dönür
09:37 25 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasında 8-ci turun oyunlarına yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib.

"Fənərbağça" səfərdə "Konyaspor"un qonağı olub. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0. Emanuel Emenike matçın 25-ci dəqiqəsində penaltidən fərqlənib.

Bu qələbə ilə xalını 12-yə çatdıran İstanbul klubu 5-ci pilləyə yüksəlib. 

Qeyd edək ki, ilk pillənin sahibi 20 xalla "Başakşəhər"di. İkinci pillədə olan "Beşiktaş"ın da 20 xalı var. "Qalatasaray" isə 17 xalla üçüncüdür.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR