Ermənistanın keçmiş müdafiə nazirinin başçılıq edəcəyi partiyanın adı açıqlanıb

Ermənistanın keçmiş müdafiə nazirinin başçılıq edəcəyi partiyanın adı açıqlanıb
11:52 25 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Ermənistan Prezident Aparatı rəhbərinin keçmiş müavini Viktor Dallakyanın partiyası "Üçüncü Respublika" adlanacaq.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, partiyanın təsis qurultayı bu il noyabrın 28-də keçiriləcək.
"Üçüncü Respublika"ya ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan başçılıq edəcək.
Qeyd edək ki, Ermənistan prezidentinin parlamentdəki daimi nümayəndəsi, Ermənistan Prezident Aparatı rəhbərinin müavini Viktor Dallakyan oktyabrın 10-da istefa verib. O, hakim Respublika Partiyasından da çıxdığını və aktiv siyasətə qayıtdığını, 2017-ci ildə keçiriləcək parlament seçkilərində fəal iştirak etmək niyyətində olduğunu açıqlamışdı. Ermənistan prezidenti Serj Sarqsyan hakimiyyətini tənqdi edən V.Dallakyan ölkədəki xarici dpvlətlərin səfirlərinə müraciət edərək demişdi: "Çıxışımdan sonra özümün və ailə üzvlərimin başına istənilən hadisə gəlsə, buna görə məsuliyyəti Ermənistan prezidenti Serj Sərkisyan daşıyır".
Onu da qeyd edək ki, Ermənistan mətbuatı bundan sonra V. Dallakyanın "Dönüş" (Şrdzadardz) adlı partiya yaradacağını, həmin partiyaya sabiq müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etməsinin gözləndiyini yazmışdı. Partiyanın Rusiyadakı iş adamlarının maliyyələşdiriləcəyi haqda da məlumat yayılmışdı.
Xatırladaq ki, Ermənistanın istefaya göndərilən müdafiə naziri Seyran Ohanyan hazırkı prezident Serj Sarqsyan hakimiyyətinə qarşı müxalifətə keçdiyi və Dallakyanla eyni partiyada fəaliyyətini davam etdirəcəyi bildirilmişdi. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/ermenistanin-kecmis-mudafie-nazirinin-basciliq-edeceyi-partiyanin-adi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR