Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib
12:02 25 Oktyabr 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn qonşu ölkənin vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Bu barədə "Report"a DGK-dan bildirilib.
Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 20 flakon “Kalsiy Folinat”, 9 flakon “Citozar”, 6 flakon “Docetaxel AqVid “, 20 flakon “Gemcitabin”, 98 flakon “Ciklofosfan”, 9 flakon “Docetaxel Accord”, 30 flakon “Oxaliplatin”, 30 flakon “Oncosid” və hər birində 5 ampula olmaqla 6 qutu “Oncofluor” dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerbaycan-gomrukculeri-kulli-miqdarda-derman-preparatlari-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR