ABŞ Mosulda qızlar məktəbinə zərbə endirdi

ABŞ Mosulda qızlar məktəbinə zərbə endirdi
09:32 26 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə İraqın Mosul şəhərinin cənubunda yerləşən qızlar məktəbinə zərbə endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy deyib.

O həmçinin, Mosuldan 20 km şərqdə yerləşən Qaraköş yaşayış məntəqəsinə güclü hava zərbələrinin endirildiyini bildirib.

"ABŞ Hərbi-Hava Qüvvələri həmçinin oktyabrın 23-də Mosul yaxınlığındakı Qaraqharab və Əş-Şura yaşayış məntəqələrinə də raket-bomba zərbələri endirib. Zərbələr nəticəsində xeyli sayda sosial təyinatlı obyektlər dağıdılıb", - deyə Rudskoy əlavə edib. Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın zərbələri nəticəsində son üç gündə 60-dan çox dinc sakin ölüb, 200-dən çox adam yaralanıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR