Dünya futbolunda qeyri-adi hadisə yaşanıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Tailand çempionatı vaxtından əvvəl başa çatdırılıb.
Buna ölkənin kralı Pumipon Adulyadetin ölümü səbəb olub. Belə ki, onun dünyasını dəyişməsindən sonra çempionatın son turlarını təxirə salan ölkə rəhbərliyi yarışı davam etdirməməyi məqsədəuyğun sayıb.
Sona 5 tur qalmış lider olan "Muanqtonq Yunayted" çempion elan edilib. Bu komanda "Banqkok Yunayted"dən 5 xal qabaqda idi.
Qeyd edək ki, məsələnin rəsmiləşməsinə FİFA-nın müdaxilə etməsi istisna deyil. Çünki qurum dövlətin futbol federasiyasının işinə qarışmasını qəbul etmir.
Milli.Az