İKT sahəsində havaya sovrulan qrantlar - natamam saytlar, işləməyən mobil tətbiqlər

İKT sahəsində havaya sovrulan qrantlar - natamam saytlar, işləməyən mobil tətbiqlər
16:42 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yarandığı gündən ölkədə İKT sahəsində güclü potensialı olan layihələrin nəhayət maliyyələşdirilməsi və bu sahənin inkişaf etdirilməsi gözləntiləri böyük idi.
Əsasnaməsindən də göründüyü kimi, Fondun məqsədi ölkədə İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan verməkdən ibarətdir.
“Report” Fond tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olan layihələrin həyata keçirilməsinin hansı səviyyədə olduğunu araşdırıb.
Qeyd edək ki, 2015-ci ildə elan olunmuş ikinci qrant müsabiqəsi çərçivəsində 129 layihə qəbul olunmuş, 30 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilmişdi. Ümumilikdə, layihələrin həyata keçirilməsinə 300 min manatdan yuxarı vəsait ayrılmışdı.
Araşdırma zamanı həyata keçirilmə səviyyəsi yoxlanılan bütün layihələrin qeyri-işlək vəziyyətdə olduğu üzə çıxıb:



“tacirlink.az” layihəsi. 10 min manat ayrılan layihənin məqsədi ölkədə e-ticarət və onlayn ödəniş xidmətlərinin stimullaşdırılması və geniş istifadəsinə nail olmaq üçün biznes subyektlərini və istehlakçıları onlayn rejimdə birləşdirən elektron ticarət şəbəkəsi yaratmaqdır. Hazırda həmin sayt elan olunduğu formada fəaliyyət göstərmir və daxil olduqda saytın natamam olduğu məlum olur...


SoSmart layihəsi. SoSmart yerindən və vaxtdan asılı olaraq telefonu avtomatik səssiz və ya vibrasiya rejimlərinə keçirən bir mobil tətbiq olmalı idi. Bu layihə üçün 10 min manat vəsait ayrılıb. Vəsait ayrılımasından 9 ay keçməsinə baxmayaraq mobil tətbiq hələ də hazırlanmayıb. Araşdırma nəticəsində “Sosmart” adlı başqa məqsədlə işləyən mobil tətbiqə rast gəldik, bu isə avtomobil qəzasını müəyyən edən “Sosmart SPA” şirkətinin xidmətidir.

Whatto layihəsi.Whatto qarderobu bir yerə toplayan və nə geyinməyi təklif edən mobil tətbiq olmalı idi. 10 min manat ayrılan bu layihənin də mobil tətbiqi hələ də fəaliyyət göstərmir.
Qeyd edək ki, SoSmart və Whatto layihələri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrantı Zülfüqar İsmayılzadə tərəfindən təqdim olunmuşdu və layihələrinin reallaşdırılıması işləri universitetin İnnovativ Biznes İnkubatorunda həyata keçirilməli idi...
MUZEYCARD layihəsi. Bu layihə Bakıda yerləşən muzeylərin şəbəkəyə birləşdirən bir kart sisteminin və proqram təminatının yaradılmasını və satışını nəzərdə tutur. Daha doğrusu tuturdu. 10 min manatlıq qrant layihəsinin aqibəti ilə bağlı maraqlanmaq üçün ümumiyyətlə əlaqələndirici şəxs tapılmadı.

Sizinmarket.az layihəsi. “Sizinmarket.az” adı altında Vahid Elektron Ticarət Mərkəzinin və Elektron biznes platformasının (aqreqatorun) yaradılması planlaşdırılırdı. 10 min manat ayrılan bu layihənin icrasına başlanmasından (?) 9 ay keçməsinə baxmayaraq sayt fəaliyyət göstərmir. 

Sizinmarket.az hazırda Facebook səhifəsi kimi işləyir, texnologiya və ticarətlə bağlı müxtəlif xəbərlər paylaşılır. 










investbaku.az layihəsi. Bakı Şəhərinin İnvestisiya Portalı layihəsi Bakı şəhərinə, yerli və xarici investorların cəlb edilməsi yönündə yerli və xarici investorların hər hansısa bir regionda investisiya mühitinin əlverişliliyi, investisiya imkanları, prioritet sahələr və digər bu kimi mövzulara aid tam dolğun informasiya verərək, Bakı şəhərindəki investisiya imkanlarına aid peşəkar konsultasiya xidmətləri göstərməyi nəzərdə tutan veb portal və həmin portalın mobil tətbiq layihəsi kimi nəzərdə tutulub. 12 min manat ayrılan bu layihənin portalı natamam fəaliyyət göstərir, məlumatlar köhnədir və yenilənmir.

StayTuned.az layihəsi. Bu mobil əyləncə bələdçisi Azərbaycanın İKT bazarında tam dolğun və mükəmməl əyləncə-informasiya bələdçisi kimi təqdim olunmalı idi. 10 min manat ayrılan bu layihənin də portalı fəaliyyət göstərmir.






Getonline.az layihəsi. Təqdimatından göründüyü kimi, sayt internet istifadəçilərinə müxtəlif təyinatlı ixtisaslaşdırılmış mağaza, kafe, restoran və sair xidmət sektorlarında çalışan ticarət obyektlərinin, xidmətlərindən bir sayt üzərindən faydalanmaq imkanı verməlidir. 12 min manat ayrılan layihənin portalı fəaliyyət göstərmir, domen sahibinin nömrəsi isə ümumiyyətlə təyin olunmayıb.
Qısa araşdırmanın əhatə etdiyi bu 8 layihənin maliyyələşdirilməsi üçün 82 min manat ayrılıb, lakin heç biri istifadəçilərin ixtiyarına verilməsi üçün hazır vəziyyətdə deyil.
Bu günlərdə isə Fond növbəti qrant müsabiqəsinin qaliblərini elan edib, 29 layihəyə ümumilikdə 395 min AZN qrant vəsaiti ayrılıb.
İkinci müsabiqədən fərqli olaraq, bu ay elan olunan qalib layihələrin məqsədi və təsviri belə verilməyib.
Layihənin adı Məbləğ

1 Science Publishing Support 14 000
2 VRoom 15 000
3 tagWishes 14 000
4 MISGAR.AZ 15 000
5 WeCare 16 000
6 Shopster 12 000
7 İntelektual Multi bələdiçi 15 000
8 "E-cəmiyyətə sən də qoşul" 15 000
9 Öyrən, Tətbiq et, Qazan 15 000
10 "Media-info" 18 000
11 Profitable Trader 12 000
12 TechSOS 14 000
13 Wand 12 000
14 Hüquq.Online 14 000
15 Rəqəmsal ekspertiza laboratoriyasının qurulması 15 000
16 Azerbaijan Travel Guide 14 000
17 Comfortab 10 000
18 MyStyle 10 000
19 Startup.az 15 000
20 www.hmc.az 12 000
21 Texnologiyaların transferi mexanizminin təkmilləşdirilməsində veb resurlarının işlənilməsi və tətbiqi 12 000 22 İELTS öyrənək 12 000
23 "Ana dilinin tədrisi" layihəsi 18 000
24 Smart Keyboard 12 000
25 Aqromarketing 10 000
26 ObaNatur elektron sifariş-təchizat sisteminin qurulması 15 000
27 www.enjoymingo.az 12 000
28 Magic Words 15 000
29 Futbolçuları qeydiyyat sisteminə innovativ əlavələr 12 000









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57

ABŞ-da kilsədə atışma: 6 yaralı

24 Sentyabr 2017 21:53

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 21:52

Bu andan bir saniyə sonra elə hadisə baş verdi ki...

24 Sentyabr 2017 21:49

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

24 Sentyabr 2017 21:47

"Qəbələ" "Neftçi"ni belə uddu - VİDEO

24 Sentyabr 2017 21:47

Hacıqabulda yol qəzası

24 Sentyabr 2017 21:40

FHN Zaqatalada yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

24 Sentyabr 2017 21:34

Türkiyədə güclü zəlzələ baş verdi

24 Sentyabr 2017 21:28

Prezident İlham Əliyev milli komandamızın oyununda - FOTOLAR

24 Sentyabr 2017 21:24

Bədəninizdəki ehtiras nöqtələri

24 Sentyabr 2017 21:20

Almaniyada parlament seçkilərinin ilkin nəticələri açıqlandı

24 Sentyabr 2017 21:18

Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb

24 Sentyabr 2017 21:17

Aviaşouda təyyarə qəzaya uğradı, pilot öldü

24 Sentyabr 2017 21:14

"Qəbələ" - "Neftçi" matçından sonra insident baş verib

24 Sentyabr 2017 21:12

Almaniyanın yeni baş nazirinin adına aydınlıq gəldi

24 Sentyabr 2017 21:09

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 319 nəfərə çatıb

24 Sentyabr 2017 21:07

“Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq” – FOTOLAR

24 Sentyabr 2017 21:03

Merkel yenidən qalib oldu

24 Sentyabr 2017 20:59

Sentyabrın 28-29-da Tbilisidə üçüncü İpək Yolu Beynəlxalq Forumu keçiriləcək

24 Sentyabr 2017 20:57

"Onlar həmin anda həddi aşdılar" - Roman Qriqorçuk

24 Sentyabr 2017 20:57

Almaniyada məscidə hücum olundu

24 Sentyabr 2017 20:57

AÇ-2017: Azərbaycan - Polşa 3:0

24 Sentyabr 2017 20:53

Millimizdən inamlı qələbə

24 Sentyabr 2017 20:43

Avro-2017: Millimiz itkisiz irəliləyir

24 Sentyabr 2017 20:39

"Qəbələ"nin futbolçuları arasında gərginlik

24 Sentyabr 2017 20:37

Tərlan Əhmədov: "Elxan Abdullayev bizə hörmətlə yanaşsın"

24 Sentyabr 2017 20:37

Şəkidə meşədə çürümüş kişi meyiti tapıldı

24 Sentyabr 2017 20:28

Azərbaycanın cüdo millisi Avropa açıq çempionatını 5 medalla başa vurub

24 Sentyabr 2017 20:27

Hacıqabulda maşın piyadanı vuraraq öldürdü

24 Sentyabr 2017 20:24

Goranboydakı hərbi hissədən Bakıya qayıdan şəxslər qəzaya düşüb, 3 nəfər ağır yaralanıb

24 Sentyabr 2017 20:17

"İraqda irqçi dövlət qurula bilməz"

24 Sentyabr 2017 20:15

Goranboyda AĞIR QƏZA - Sərnişin öldü - FOTO

24 Sentyabr 2017 20:08

Ucarda “NİVA” yük maşını ilə toqquşdu - 3 yaralı

24 Sentyabr 2017 20:04

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub

24 Sentyabr 2017 20:02

Xızıda 112 ədəd partlamamış hərbi sursat aşkar edilib

24 Sentyabr 2017 20:01