Azərbaycanla Litva arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Litva arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
19:42 26 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Litvanın Azərbaycandakı səfiri Valdas Laustauskasla görüşüb.
Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, miqrasiya sahəsində əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edildiyi görüşdə F.Nəbiyev Azərbaycan iqtisadiyyatı, qazandığı uğurlar barədə məlumat verib.
Xidmət rəisi müxtəlif vaxtlarda Azərbaycan və Litva Hökumətləri arasında ayrı-ayrı sahələrə dair imzalanmış Sazişlərin strateji tərəfdaşlığın mövcud ənənələrini möhkəmləndirməyə və yenilərini yaratmağa imkan verdiyini qeyd edib.
F.Nəbiyev Azərbaycanda vətəndaşlıq məsələlərini tənzimləyən qanunvericilik aktlarına edilən dəyişikliklər barədə danışıb. İkili vətəndaşlığın geniş xarakterli hüquqlar vəd etməsinə baxmayaraq, həm dövlətçilik, həm də şəxsi öhdəliklər nöqteyi-nəzərindən kifayət qədər məsuliyyət yaratdığına görə Azərbaycan qanunvericiliyində bunun nəzərə alındığını deyib.
Miqrasiya proseslərinin dövlət tərəfindən tənzimlənməsinin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən söhbət açan Xidmət rəisi bildirib ki, effektiv fəaliyyət göstərən Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edilir.
F.Nəbiyev miqrantların öz hüquqlarını həyata keçirmələri üçün hər cür şəraitin yaradılması, əmək ehtiyatlarından düzgün və faydalı istifadə olunması, tənzimlənməyən miqrasiya proseslərinin qarşısının alınması və neqativ təsirinin aradan qaldırılması ilə bağlı Azərbaycan təcrübəsindən bəhs edib.
Görüşdə iki ölkə arasında vətəndaşlıq, viza və qeydiyyat məsələləri ətrafında aparılan müzakirələrin səmərəli nəticələr verəcəyinə əminlik ifadə olunub.
Səfir Valdas Laustauskas də iki ölkə arasında mövcud münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib və bu əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərdiyini bildirib.
Diplomat Azərbaycan icmasının təmsil etdiyi ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında yaxından iştirak etdiyini məmnuniyyətlə qeyd edib.
Görüşdə Azərbaycanla Litva arasında miqrasiya sahəsində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycanla-litva-arasinda-miqrasiya-sahesinde-emekdasliq-meseleleri-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR