Zelda Fitsceralda həyat veriləcək

Zelda Fitsceralda həyat veriləcək
21:33 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Bilmirəm, biz Zelda ilə gerçəyik, yoxsa mənim hər hansı romanımın personajları...”, - deyən Frensis Skott Fitsceraldın dillərə dastan olan böyük eşqi Zelda Fitsceraldın həyat hekayəsi haqqında film çəkiləcək.

Filmin rejissoru Ron Hovard, ssenari müəllifi isə Emma Frost olacaq. Zelda Fitscerald obrazına Oskar mükafatçısı Cennifer Laurens həyat verəcək.

Filmin adı isə hələ bəlli deyil.

Qeyd edək ki, Skott Fitsceraldın əsərlərinin ilham mənbəyi olan Zelda həm öz hekayəsi, həm də yaşadığı ehtiraslı eşqlə o dövrün Amerikasına öz damğasını vurmuşdu.

Fəxrəndə


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/173644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR