Bu 3 TƏRƏVƏZ mədəni xərçəngdən qoruyur

Bu 3 TƏRƏVƏZ mədəni xərçəngdən qoruyur
23:17 26 Oktyabr 2016
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Çin alimlərinin fikrinə görə, kartof, soğan və kələmin tez-tez qəbulu mədə xərçənginin riskini xeyli azaldır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlər 6 milyondan artıq insan iştirak edən 76 araşdırmanın nəticələrini təhlil edib bu qərara gəldilər. Araşdırmalarda qidalanma ilə xərçəngin riski arasında olan əlaqə müəyyənləşdirilirdi.

Araşdırmalar göstərib ki, kələm, kartof və soğan kimi tərəvəzləri qidalanmasına tez-tez daxil edən insanlarda mədə xərçəngi 30% daha az hallarda inkişaf edirdi.
Alimlər bu tərəvələri gündəlik qidalanmaya daxil etməyi tövsiyə edirlər. Təbii ki, tərəvələri qızardılmış şəkildə deyil, çiy və ya bu mümkün olmadıqda az suda və ya buğda bişirilmiş halda yeməyi tövsiyə edirlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR