Ərdoğan və Obama arasında telefon danışığı oldu

Ərdoğan və Obama arasında telefon danışığı oldu
04:59 27 Oktyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

 

"Söhbət zamanı prezident Obama İŞİD terror qruplaşması ilə mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Obama Türkiyənin İŞİD-ə qarşı İraqda iştirakının müvafiq səviyyədə müəyyənləşdirmək üçün rəsmi Ankara və Bağdad arasında davam edən dialoqu alqışlayıb. Hər iki lider İraqın suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiqləyib. Prezident Obama həmçinin Suriya müxalifətinə göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib, Suriyanın şimal-qərbində İŞİD-ə qarşı birgə əməkdaşlığın önəmliyini vurğulayıb”, məlumatda deyilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR