Nazir: "Neftin aşağı qiymətləri Türkiyəyə sərf edir"

Nazir: "Neftin aşağı qiymətləri Türkiyəyə sərf edir"
13:17 27 Oktyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə dünya neft qiymətlərinin 60-70 dollar/barelədək artacağını gözləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak deyib.

Onun sözlərinə görə, neftin aşağı qiymətləri Türkiyə iqtisadiyyatına çox müsbət təsir edir: "Belə ki, ölkə öz neft istehlakının 95 faizini ixrac hesabına təmin edir".

Nazir qeyd edib ki, gələcəkdə qaz daha əhəmiyyətli və strateji resurs olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR