Azərbaycanda faciə: qonaqlığa gedən dostlar faciəvi şəkildə öldü

Azərbaycanda faciə: qonaqlığa gedən dostlar faciəvi şəkildə öldü
16:54 27 Oktyabr 2016
100 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Sabirabad rayonunda dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayonun Yastıqobu kəndində “Vaz 2121” – “Niva” markalı avtomobil kanala aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 1994-cü il təvəllüdlü Həsənov Zaur Xaləddin oğlu və 1993-cü il təvəllüdlü Tağıyev Samir Akif oğlu suda boğularaq ölüb. Daha iki nəfər isə maşından çıxmağa müvəffəq olub və yüngül xəsarət alıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Bildirilir ki, avtomobildə olan şəxslər Bakıdan Sabirabadın Yastıqobu kəndinə dostlarının evinə qonaqlığa gedibmiş. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR