Azərbaycanın iki s

Azərbaycanın iki s
18:49 27 Oktyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

 

Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında və eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında və Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.  


Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

 

Dövlət başçısının bir digər sərəncamı ilə isə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR