AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib
19:17 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib.
İnstitutdan “Report”a verilən xəbərə görə, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev seminarın böyük ölçülü verilənlərin çoxsaylı problemlərinin araşdırılmasına həsr olunduğunu bildirib. R.Əliquliyev qeyd edib ki, bu problemlərdən biri də böyük ölçülü verilənlərin analizidir.
İnstitutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev “Böyük ölçülü verilənlərin klasterləşməsi alqoritmləri” mövzusunda məruzə ilə çıxış edərək klasterləşmə metodları haqqında məlumat verib. O, bu metodların öyrədilən, yarım-öyrədilən və öyrədilməyən olmaqla siniflərə ayrıldığını bildirib: “Böyük ölçülü verilənlərin klasterləşməsi metodları paralel sistemlər üzərində işləyən metodlara bölünür. Bu zaman bir sıra problemlərə rast gəlinir”.
R.Alıquliyev böyük ölçülü verilənlərin bir kompüterdə klasterləşməsini həyata keçirməyə imkan verən yeni metod haqqında məlumat verərək aparılan eksperimentlərin nəticələrini nümayiş etdirib və gələcək tədqiqatların istiqamətlərini nəzərə çatdırıb.
Məruzə ətrafında gedən müzakirələrdə iştirak edən institutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdirləri, texnika üzrə fəlsəfə doktorları Yadigar İmamverdiyev, Bikəs Ağayev, Vüqar Musayev və Fərhad Yusifov, layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudovasual və təkliflərini səsləndirdilər.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/amea-i-nformasiya-texnologiyalari-i-nstitutunda-elmi-seminar-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR