Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilə biləcəyi haqda bəyanatına münasibət bildirib. Suriyada ABŞ və Rusiya arasında mümkün görünən toqquşma İŞİD-in “paytaxt”ı sayılan Rakkada baş verə bilər. Dünya ABŞ-dakı prezident seçkilərində qeydə alına biləcək qanun pozuntularından danışır.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu məsələdə ilk növbədə münaqişə tərəflərinin razılığa gəlməsinin vacibliyini diqqətə çatdırıb. M. Zaxarova güc tətbiqinin yolverilməz olduğunu da vurğulayıb. “Dağlıq Qarabağ münaqişəsində güc tətbiqi heç bir halda sülh prosesinin irəliləməsinə imkan yarada bilməz”, - deyə o, bildirib.

Bu gün Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcək hadisənin ildönümüdür. Düz 17 il əvvəl – 27 oktyabr 1999-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış irəliləyişin qarşısını almaq üçün bir qrup erməni terrorçusu Ermənistan parlamentini gülləbaran ediblər.

1998-ci ildə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həllinə razılıq vermişdi. “Mərhələli həll” variantı üzrə işğal altındakı ərazilər azad olunacaqdı. Lakin 1998-ci ilin 3 fevral tarixində “Qarabağ klanı”nın üzvləri olan baş nazir Robert Koçaryan, müdafiə naziri Vazqen Sarkisyan və daxili işlər və milli təhlükəsizlik naziri Serj Sarkisyanın təzyiqi ilə istefa verməyə məcbur edildi. Adıçəkilən şəxslər işğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxırdılar. 1998-ci ilin mart ayında Robert Koçaryan prezident postuna yiyələndi.

Bir il sonra – 1999-cu il oktyabrın 27-də Naira Unanyan və onun rəhbərlik etdiyi qrupun üzvləri parlamentin iclasına daxil olaraq, baş naziri, spikeri, vitse-spikeri və deputatları gülləbaran etdilər. Həmin vaxtdan başlayaraq, indiyə kimi Ermənistanın kriminal-avtoritar rejimi münaqişənin həll olunmaması üçün bütün vasitələrə əl atır.

Son vaxtlar mediasının gündəmində olan mövzulardan biri də ABŞ-da keçiriləcək prezident seçkilərində mümkün saxtakarlıqlardır. Dünyaya demokratiya dərsi keçməyə cəhd edən ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca mümkün seçki saxtakarlıqları barədə iddialar daha güclənir. Respublikaçılar Partiyasının namizədi, milyarder Donald Trampın bəyanatları isə şübhələri daha da artırır.

Seçkilərə həftələr qalmış respublikaçı namizəd seçki prosesində yaşanan qanun pozuntuları barədə açıq şəkildə bəyanatlar səsləndirməyə başlayıb.

Rusiyanın “qətli”, qiyamətə qalan bir neçə gün... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Demokratlar üçün tək üsul: Ağ Evin sahibini “dələduzlar” müəyyən edəcək

Dünyaya demokratiya dərsi keçməyə cəhd edən ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca mümkün seçki saxtakarlıqları barədə iddialar daha güclənir.