Urmiya gölünün sahəsi artıb

Urmiya gölünün sahəsi artıb
17:58 5 Yanvar 2015
155 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

Hazırda Urmiya gölünün sahəsi 1800 kvadratkilometrə qədər artıb. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Ətraf Mühitin Qorunması və Ekologiya Təşkilatının Qərbi Azərbaycan əyaləti üzrə idarəsinin eksperti Höccət Cabbari deyib.

H.Cabbari bildirib ki, ötən il quraqlıq nəticəsində (İranda il martın 21-də dəyişir) Urmiya gölünün sahəsi 900 kvadratkilometr idi.

Onun sözlərinə görə, Urmiya gölünün suyunun səviyyəsi son illər ərzində 7 metr azalıb: "Son illər gölün suyunun səviyyəsi 7 metr azalıb. Hazırda gölün suyunun səviyyəsi 1270,55 metrdir. Payız yağışlarına görə gölün suyunun səviyyəsi ötən illə müqayisədə 1 santimetr artıb”.

H.Cabbari deyib ki, son il yarım ərzində aparılan ölçmələrə əsasən, gölün dərinliyi 4 metrdir: "Ötən illər isə gölün dərinliyi 15 metr olub. İlin əvvəlindən indiyədək yağan yağışlar nəticəsində gölə 500-600 milyon kubmetr su axıb".

Qeyd edək ki, Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. İranın şimal-qərbində yerləşən Urmiya gölünün vəziyyəti son 50 il ərzində pisləşib və demək olar ki, gölünartıq 90 faizi quruyub. Göldə suyun səviyyəsinin düşməsi 1995-ci ildən başlayıb. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara mənfi təsir göstərir. Göldə təqribən 2 milyard kubmetr su mövcuddur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR