İsa Məsihin məzarı açıldı - VİDEO - FOTO

İsa Məsihin məzarı açıldı - VİDEO - FOTO
11:05 28 Oktyabr 2016
274 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qüds şəhərindəki İsa Məsih Məzarı Kilsəsində İsa Məsihin tabutunun üzərindəki lövhələri arxeoloqlar çıxarıblar.

Milli.Az National Geographic-ə istinadən bildirir ki, məzarın üzərindəki mərmər lövhə 1555-ci ildə qoyulub. Lövhənin altında böyük miqdarda daş materiallar tapılıb. ABŞ-ın Milli Coğrafi Cəmiyyətinin (National Geographic Society) alimlərinin dediklərinə görə, bundan sonra aparılacaq çoxsaylı elmi araşdırmalardan sonra İsa Məsihin nəşinin uzadıldığı daşın ilkin səthinin formasını dəqiq müəyyənləşdirmək mümkün olacaq.

Arxeoloq Fredrik Gibertin dediyinə görə, İsa Məsihin tabutu və məzarı sarı-çəhrayı daşdan tikilmiş kiçik kilsədədir. Bu Kuvukliya 1809-1810-cu illərdə yunan memar Nikolay Kominin layihəsi əsasında tam bərpa olunmuşdu.

Hazırda kilsədə Afina Milli Texniki Universitetinin professoru, abidələrin mühafizəsi və inşaat materialları sahəsində məşhur mütəxəssis  Antonio Maropolounun rəhbərliyi ilə bərpa işləri aparılır.

Alimlər onu da deyirlər ki, tədqiqatlar qədimlərdə Qüdsdə qazma işləri aparmış Müqəddəs Yelenanın niyə məhz bu məzarın İsa Məsihin dəfn yeri olduğunu qətiləşdirdiyini anlamağa imkan verəcək.

Müqəddəs Yelena kimi tarixə düşmüş Flaviya Yuliya Yelena Avqusta 306-337-ci illərdə Qədim Roma İmperiyasını idarə etmiş imperator 1-ci Konstantinin anasıdır.

Milli.Az


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/483938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR