Qubada torpaq sürüşməsi baş verib, 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib

Qubada torpaq sürüşməsi baş verib, 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib
19:47 28 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Quba rayonun dağlıq ərazidə sürüşmə baş verib. 
"Report"un Şimal bürosu xəbər verir ki, Quba rayonunu Xınalıq kəndi ilə birləşdirən avtomobil yoluna 3 tondan böyük qaya parçası torpaq qatı ilə birlikdə düşüb. Nəticədə Quba-Xınalıq yolunun 35-ci kilometrliyi bağlanıb. Hazırda 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
"Azəravtoyol" ASC-nin Xınalıq üzrə sahə rəisi Bilal Sultanov "Report"a bildirib ki, yolun açılması üçün əraziyə texnika cəlb olunub: "Hazırda yol bağlıdır və bu yoldan istifadə edən sürücülər çox ehtiyatlı olsunlar". 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/qubada-torpaq-surusmesi-bas-verib-8-kendle-neqliyyat-elaqesi-kesilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR