Bakıda 16 yaşlı piyadanı avtomobil vurub

Bakıda 16 yaşlı piyadanı avtomobil vurub
21:42 28 Oktyabr 2016
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakı şəhərində 16 yaşlı piyadanı avtomobil vurub.
"Report"un məlumatına görə, hadisə oktyabrın 27-də Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.
"Bahar" yaşayış massivində naməlum avtomobil 2000-ci il təvəllüdlü Hövsan sakini Murad Rəhimovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR