Bərdə rayonunda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə H. Əliyev prospektində baş verib.
Qəza nəticəsində 3 nəfər - 1994 cü il təvəllüdlü Rəhimov Nicat, 1985-ci il təvvəllüdlü Rəhimov Vaqif və 1983-cü il təvəllüdlü Muşviq Əliyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları müəyyənləşdirilir.
Milli.Az