İnteraktiv köməkçi göstərildi

İnteraktiv köməkçi göstərildi
07:37 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gün istifadəçi ilə qarşılıqlı ünsiyyət üçün süni intellektə əsaslanan alqoritmlərdən istifadə edən interaktiv köməkçi ilə heç kimi təəccübləndirmək olmaz.

Bütün nəhəng şirkətlərin şəxsi smartfonunda belə assistent mövcuddur: "Microsoft"da "Cortana", "Google"da "Google Assistant" və ya "Apple"da "Siri" interaktiv köməkçiləri. Bu yaxınlarda bu üçlüyə Karneqi Mellon Universitetinin ekspertləri tərəfindən hazırlanmış "S.A.R.A" ("Socially Aware Robot") adlı daha bir köməkçi əlavə olunub. "S.A.R.A" köməkçisi digərlərindən fərqli olaraq, öz-özünə öyrənmə, sosial qarşılıqlı əlaqə və ünsiyyət bacarıqlarına malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "S.A.R.A" köməkçisi kamera və mikrofonun köməyi ilə yalnız insan tərəfindən verilmiş sorğuları müəyyənləşdirmir, həm də onun vəziyyətini təhlil etmək qabiliyyətinə malikdir. Bu sistemin yaradıcılarından biri olan professor Castin Kassel deyir:
"Bizim sistemimiz sizin hərəkətlərinizə uyğun olaraq düzəliş edir və sistem bir neçə düzəlişdən sonra ən optimal davranış xəttini seçir. Bu, bir ilkdir".

Qeyd edək ki, "S.A.R.A." köməkçisi öz animasiyası, mimikası və əl-qol hərəkətlərinə malik avatar formasındadır.

"S.A.R.A" interaktiv köməkçisi ilə danışmaq imkanı əldə etmiş şəxslər əmin edirlər ki, assistent tərəfindən təqdim edilən informasiya digər virtual köməkçilərdən geri qalmır. Amma vizual görüntü ünsiyyəti daha maraqlı edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/484072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR