Teymur Rəcəbov Vişvanatan Ananda uduzdu

Teymur Rəcəbov Vişvanatan Ananda uduzdu
09:05 29 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov "Corsican Sircuit" turnirində iştirakını başa vurub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,şahmatçımız nakaut sistemi ilə keçirilən rapid turnirə 1/8 finaldan start verib.
 
O, əvvəlcə Boqdan Daniel Deaka qalib gəlib. 1/4 finalda isə Rəcəbovun rəqibi Aleksandr Moissenko olub. Təmsilçimiz bu dəfə də qələbəyə sevinib və yarımfinala yüksəlib.
 
Bu mərhələdə isə dünya çempionu Vişvanatan Anandla qarşılaşan Teymur 0.5:1.5 hesabı ilə məğlub olaraq, turnirlə finalın bir addımlığında vidalaşıb.
 
Qeyd edək ki, finalda Anandın rəqibi Maksim Laqrave olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR