Yaraqlılar Hələbi intensiv atəşə tutub: 15 nəfər ölüb, 150 nəfər yaralanıb

Yaraqlılar Hələbi intensiv atəşə tutub: 15 nəfər ölüb, 150 nəfər yaralanıb
09:52 29 Oktyabr 2016
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ Suriyanın Hələb şəhərinin yaşayış məntəqələri yaraqlıların intensiv atəşinə məruz qalıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, intensiv atışma nəticəsində 15 dinc sakin ölüb, 150-dən çox adam yaralanıb.
Hərbçilərin məlumatına görə, təkcə ötən sutka ərzində şəhərə 100-dən çox bomba atılıb.
Yaraqlılar partlayıcı qurğu yerləşdirilmiş qaz balonları, əldəqayırma mina və idarəolunmaz raketlərdən istifadə edib. Onlar əsasən məktəb, xəstəxana və ictimai obyektləri hədəfə alır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yaraqlilar-helebi-intensiv-atese-tutub-15-nefer-olub-150-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR