Bakıda zavodlardan birində işləyən İngiltərə vətəndaşı vəfat edib. Lent.az-ın məlumatına görə, hadisə yanvarın 3-də Bibiheybət qəsəbəsi, Salyan yolu 32 ünvanında yerləşən "Amec" şirkətində baş verib. Dənizdə platformaların quraşdırılması ilə məşğul olan şirkətdə mexanik vəzifəsində çalışan İngiltərə vətəndaşı, 1952-ci il təvəllüdlü Ceyms Ceymson özünü narahat hiss edib və qəfil yıxılıb. Xəstəxanaya aparılan Ceymsonun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, dünyasını dəyişən şəxs Yasamal rayonu, Zahid Xəlil küçəsində yaşayırmış. Onun ürək tutması səbəbindən öldüyü bildirilir.