Alim Nəbiyev nokautla qalib gəldi

Alim Nəbiyev nokautla qalib gəldi
14:27 29 Oktyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı kikboksçu Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təmsilçimiz Rusiyada təşkil olunan kikboksinq üzrə peşəkarlar arasında "Steel Fights-4" turnirində qüvvəsini sınayıb.

"Qəbələ" İdman Klubunun üzvü İvanovo şəhərində keçirilən K-1 növü üzrə gecənin əsas döyüşündə rinqə çıxıb. O, bu növ üzrə Avropa çempionu olan italiyalı Françesko Palermo ilə üz-üzə gəlib.
 
Qitə çempionu Nəbiyevin qarşısında aciz qalıb. Belə ki, idmançımız artıq ikinci raundda nokautla qalib gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR