“Oyun barədə çox danışmağa ehtiyac yoxdu. Çalışdıq “Qarabağ”a müqavimət göstərək, İlk hissədə bir qədər müqavimət göstərsək də, ikinci hissədə alınmadı”. Fanat.Az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
Topaz Premyer Liqasının X turunda evdə “Qarabağ”a uduzan (0:1) “təyyarəçilər”in çalışdırıcısı ani diqqətsizlikdən qol buraxdıqlarını söyləyib: “Rəqibi təbrik edirəm. Əsas problemimiz hücum xəttindədi. Nə qədər ki, bu problemi aradan götürməmişik, vəziyyət belə qalacaq. Tək bu oyunda yox, bütün oyunlarda bu problem olur. Futbolçularıma heç bir iradım yoxdur. Gücümüz çatan qədər mübarizə apardıq. Burada qalsam, qışda yeni hücumçu cəlb edilməsini istəyəcəm. Rəhbərliyin imkanı olmasa, öz imkanlarım hesabına alacam (gülür). Belə getsə, I divizionda yerimiz hazırdır”.
Fanat.Az