“Bunun riskli olduğunu dedilər” – Qurban Qurbanov

“Bunun riskli olduğunu dedilər” – Qurban Qurbanov
19:47 29 Oktyabr 2016
91 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqaısnın 10-cu turunda səfərdə AZAL-ı məğlub edən (1:0) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,Qurbanov oyunla bağlı bunları deyib.
 
"Çempionatın ən vacib xallarından birini qazandıq. Bu stadionda oynamaq həmişə çətin olur. Futbolçular qalib gəlmək üçün çox çalışdılar. Hər birinə çox sağ ol deyirəm. Azarkeşlərə də təşəkkür edirəm. AZAL-a uğurlar arzulayıram. İrəliyə doğru inkişaf var. Bu komanda məğlub olmağı sevmir".
 
- Reynaldo və Miçelin vəziyyəti necədi?

- Onların qarşıdakı oyunda oynamaq ehtimalı var. Hətta Miçeli "18"-liyə salmaq istəyirdim. Həkimlər icazə vermədi. Bunun riskli olduğunu dedilər. Ancaq qarşıdakı oyunlarda şans verə bilərəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR