"Report" xəbər verir ki, təcrübəli qolkiperin qapısını qoruduğu "Boavişta" IX turda "Estoril" klubunu qəbul edib.
Kamran komandanın əsas heyətində yer alıb. Millimizin digər üzvü - yarımmüdafiəçi Emin Mahmudovun adı "onsəkkizliy"ə daxil edilməyib. Ağayevin 90 dəqiqə oynadığı ev matçı qolsuz bərabərliklə nəticələnib.
Bu, 30 yaşlı qapıçımızın "Boavişta"nın heyətində 4-cü oyunu olub. Debüt matçında "Portu"ya 3:1 hesablı məğlubiyyətlə üzləşən Ağayev "Moreyrense" ilə oyunda qapısını toxunulmaz saxlayıb - 2:0. 8-ci turda "Maritimo" ilə görüşdə isə qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, "Boavişta" 9 oyundan 10 xalla 9-cu pillədə qərarlaşıb.
29 oktyabr
23:30. "Boavişta" - "Eştoril" - 0:0