Vergilər Nazirliyi strukturundakı dəyişikliyi təsdiqləyib

19:02 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 18:57 ]

İki departamentin birləşdirilməsi nəticəsində Bakı Vergilər Departamenti yaradılıb

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Vergilər Nazirliyində struktur dəyişikliyi baş verib.

 

APA-Economics”ə məlumatına görə, Vergi Audit Departamenti ilə Bakı Şəhər Vergilər Departamenti birləşdirilib.

 

Yeni qurum Bakı Vergilər Departamenti adı ilə fəaliyyət göstərəcək.

 

Nazirlikdən “APA-Economics”ə struktur dəyişikliklərinin aparıldığını təsdiqləyiblər. Lakin qurumdan bildirilib ki, bu barədə daha ətraflı məlumat bir müddət sonra veriləcək.

 

Bununla belə, nazirliyin saytında “Nazirliyin strukturu” bölməsindən həm Vergi Auditi Departamenti, həm də Bakı şəhəri Vergilər Departamentinin adları çıxarılıb. Onların əvəzinə Bakı Vergilər Departamentinin yaradıldığı göstərilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR