Ən böyük məzarlıqda üzdü - FOTO

Ən böyük məzarlıqda üzdü - FOTO
12:12 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Ekstremal macəraları ilə ad çıxarmış sörfinqçi, "İndiana Ceyn" kimi tanınan Elison Til yeni rekord vurub.

O, Fransanın paytaxtı Parisin altındakı katakombalarda üzüb.

Bu katakombalarda 6 milyon insan dəfn olunub və yeraltı "aləm" dünyanın ən böyük məzarlığı sayılır.

Milli.Az The Sun-a istinadən bildirir ki, 30 yaşlı Elison Til Parisin altına, 150 metr dərinliyə enərək məzarlıqlar arasındakı dar keçidlərdə və "dəhliz"lərdəki suda sörfinq taxtası ilə üzüb.

Bunun üçün o, minlərlə insan sümüklərinin, quru kəllələrin üzərindən keçib.

ABŞ-ın Havay adalarında yaşayan Elisonun dediyinə görə, çox dar katakombalarda dolaşmaq, sonra da üzmək əsl ekstremal, təhlükəli və adrenalinli əyləncə idi.

Milli.Az

















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR