“Report”un xəbərinə görə, bunu AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov deyib.
Onun sözlərinə görə, Akademiyanın magistratura səviyyəsi üzrə 38 ixtisas üzrə 133 yer sifariş verilib: “Bu da o deməkdir ki, plan yerlərinin sayı artıb. Nazirlər Kabineti plan yerlərini təsdiq etdikdən sonra qəbul həyata keçiriləcək. Siyahının bu ilin dekabr ayına qədər təsdiq olunması nəzərdə tutulur”.
Xatırladaq ki, 2015-2016-cı tədris ili üçün AMEA-nın magistratura səviyyəsinə 7 ixtisas üzrə 20 plan yeri ayrılmışdı.