Hacı İbrahim: "Yas yerinə belə "Stefano Riççi" geyinirəm"

Hacı İbrahim: "Yas yerinə belə "Stefano Riççi" geyinirəm"
17:12 31 Oktyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

"Mənim bütün geyimim "Stefano Ricci", "Zilli", "Rioni" və "Bitton" kimi tanınmış 4 brenddəndir".

Milli.Az bildirir ki, bu fikirləri ölkə.az-a açıqlamasında "Avesta" konserninin prezidenti, tanınmış iş adamı hacı İbrahim Nehrəmli geyimi barədə danışarkən deyib.

İş adamı ancaq bu brendlərin məhsullarından istifadə etdiyini deyib:

"Bu brendlərin arasında isə ən çox "Stefano Ricci"dən geyinirəm. Geyimimi özüm seçirəm. Hər zaman çalışıram ki, zövqlə geyinim. Geyimi hər zaman özüm almağı sevirəm. Geyindiyim paltarları isə həm xaricdən, həm də Azərbaycandan alıram. Hara getsəm də "Stefano Ricci", "Zilli", "Rioni" və "Bitton" mənim üçün geyimlər saxlayır. Bu firmaların yeni nə isə malı gələndə də zəng edib mənə xəbər edirlər. Misal üçün, zəng edib deyirlər ki, filan gödəkcədən 4 ədəd gəlib, biri də sənindir. Yəni mən hər zaman bu cür geyinirəm".

İbrahim Nehrəmli bahalı saatlar taxmağı xoşladığını da vurğulayıb:

"Saatlarım "Vacheron Constantin" kimi dünyanın tanınmış brend firmalarındandır".

Hacı İbrahim yas yerinə də tanınmış firmalardan geyindiyini söyləyib:

"O gün bir yas yerinə getmişdim, başdan ayağa "Stefano Ricci"dən geyinmişdim. Ayaqqabımın da üzərində "Stefano Ricci" yazılmışdı. Hamı mənə baxırdı, dedilər ki, Hacı İbrahim yenə də təəccübləndirir. Yəni, mən yas yerinə də "Stefano Ricci" geyinirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR