Gəncədə ev yanır: 4 maşın gəldi

Gəncədə ev yanır: 4 maşın gəldi
20:57 31 Oktyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində fərdi yaşayış evində yanğın baş verib.

"Report"un məlumatına görə, hadisə saat 20:15 radələrində şəhərin Nəsirəddin Tusi küçəsində, "Yağ-piy kombinatı"nın yaxınlığındakı evdə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını cəlb olunub. Hazırda yanğının qarşısının alınması üçün işlər aparılır. 
Yanğının hansı səbəbdən baş verdiyi və xəsarət alan olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/485042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR